FƏRRUX – İrәvan xanlığının Dәrәçiçәk mahalında (9.9.1930 ildәn Axta, 30.6.1959 ildәn Hrazdan r-nu), Zәngi çayının sağ kәnarında azәrb.-ların yaşadığı kәnd. 1829–1930 illәrdә kәnddә xaricdәn gәlәn ermәnilәr yerlәşdirilmiş, azәrb.-lar isә tәdricәn sıxışdırılıb çıxarılmışdır. Kәnddәn çıxan әhali Qarabağa köçәrәk burada Fәrrux k.-nin (Əsgәran r-nu) әsasını qoymuşlar. 20 әsrin әvvәllәrindә ermәni-müsәlman münaqişәlәri zamanı azәrb.-lar buradan qovulmuş vә kәnd tamamilә ermәnilәşdirilmişdir.