FƏRRUX Əlәkbәr (1878, Bakı – 15.3.1940, Bryansk) – yırtıcı heyvanlar tәlimi üzrә ilk azәrb. sirk ustası. 6 yaşından atasının vә analığı rәqqasә S. Tamilinanın gәzәrgi sirk-balaqanında akrobat, jonqlyor vә ekvilibrist kimi çıxış etmişdir. Gәncliyindә ögey bacısı P.Tamilina ilә birgә nәhәng sәbәtin daxili sәthindә velosipedsürmә (“Ölüm sәbәti” nömrәsi) mәharәtini nümayiş etdirmişdir. 1895 ildәn müxtәlif heyvan (timsah, pәlәng, fil, ilan, at, it vә s.), sonralar isә şir tәlimçisi olmuşdur. 1936 ildәn arvadı Aqrippina Filippovna (qızlıq familiyası İnjivatkina, tәxәllüsü Züleyxa Fәrrux) ilә birgә işlәmişdir. 1937 ildәn heyvanlarla sәyyar (әsasәn, Orta Asiyada), elәcә dә stasionar sirklәrdә çıxış etmişdir. Tamaşa zamanı faciәli surәtdә hәlak olmuşdur.