Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRRUX YASAR

    FƏRRUX YASAR (tәqr. 1441–1500) – Dәrbәndilәr sülalәsindәn şirvanşah [1465– 1500]. I İbrahimin oğludur. Qardaşı I Xәlilullahın ölümündәn sonra hakimiyyәtә keçdi. 1468 ildә F.Y. Uzun Hәsәnlә ittifaqa girәrәk Teymuri sultanı Əbu Sәidi mәğlub etdi. 1488 ildә Şeyx Heydәrin başçılığı ilә qızılbaşların Şirvana hücumu zamanı Gülüstan qalasına çәkilәn F.Y. kürәkәni (qızı Gövhәr sultanı ona әrә vermişdi) vә müttәfiqi Ağqoyunlu Sultan Yaqubdan kömәk istәdi. Süleyman bәy Bicәnoğlunun başçılıq etdiyi Ağqoyunlu dәstәlәri vә Şirvan qoşunu ilә döyüşdә Şeyx Heydәr öldürüldü. 15 әsrin sonlarında F.Y.-la Şәki hakimi Şah Hüseynin münasibәtlәri pislәşdi, 1497 ildә sonuncunun tәhriki ilә F.Y.-ın gәnc oğlu Şeyxşah atasına qarşı üsyan qaldırdı vә Şәki hakimi ilә birlәşdi. Müttәfıqlәr Qәbәlәni qarәt vә viran etdilәr. Lakin Qәbәlә hakimi Əbülfәt bәyin kömәyinә gәlәn F.Y. onları mәğlub etdi, Şeyxşah isә (gәlәcәkdә Şirvanşah II İbrahim) atası ilә barışdı. 1500 ilin payızında I İsmayılın başçılığı ilә qızılbaşlar yenidәn Şirvana hücum etdilәr. Onların arasında döyüş Gülüstan qalası yaxınlığındakı Cabanı adlı yerdә baş verdi. Qoşunlarının sayı (tәqr. 20 min atlı, 6 min piyada) qızılbaş dәstәlәrindәn iki dәfә çox olan F.Y. döyüşdә hәlak oldu.

    F.Y.-ın hakimiyyәti illәrindә Şirvan dövlәti yüksәliş dövrünü yaşayırdı; bu zaman Dәrbәnd vә Dağıstanın cәnub әyalәtlәri Şirvanın tәrkibinә daxil idi. F.Y. dövlәt idarәçiliyinә, rәiyyәtin dolanışığına böyük diqqәt yetirir, qanunlara riayәt olunmasını tәlәb edirdi. Ölkәdә geniş quruculuq işlәri aparılırdı. Əvvәlki şirvanşahların sikkәlәri anonim surәtdә (adları göstәrilmәdәn) zәrb edilsә dә, F.Y.-dan başlayaraq gümüş sikkәlәrdә (tәngәlәrdә) şirvanşahların adı qeyd olunurdu. F.Y.-ın dövründә Şirvanın Moskva knyazlığı ilә diplomatik vә ticarәt әlaqәlәri quruldu. 1465 ildә onun elçisi Hәsәn bәy Moskvaya getmiş, III İvanla danışıqlar aparmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN