Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRRUXSİYƏR

    FƏRRUXSİYƏR, F ә r r u x  S i y y a r (11.9.1683, Övrәngabad – 28.4.1719, Dehli) – Böyük Moğol hökmdarı [1713– 19]. Atası I Bahadır şahın [1702–12] oğlu Mәhәmmәd Əzimüşşandır. 1693 ildә Alәmgir Övrәngzibin [1658–1707] yanına – Dekana getmiş, 1697 ildә atasının Benqal yürüşünә qatılmışdı. Əmisi Cahandar şahın [1712–13] dövründә baş verәn hәrcmәrclik zamanı 1712 il aprelin 7-dә Patnada hakimiyyәtini elan etmiş, 1713 il yanvarın 11-dә Bace Seyyidlәri qardaşlarının kömәyilә Cahandar şaha qalib gәlmiş, yanvarın 12-dә taxta çıxmışdı. Fevralın 12-dә әmisini edam etdirәrәk Böyük Moğollar taxtının rәqibsiz sahibinә çevrilmişdi. Sәriştәsiz olan F. dövlәt işlәrini özünün yüksәk vәzifәlәrә tәyin etdiyi Bace Seyyidlәri qardaşlarına tapşırmışdı. Tәdricәn bütün hakimiyyәt qardaşların әlinә keçdi. Digәr tәrәfdәn Bundan başqa siqhlәr, racputlar, marathalar vә çatlar da F.-in hakimiyyәtinә tabe olmurdular. 1714 ildә Butan hökmdarının dәstәklәdiyi qiyamçı Yanya Naranqın hücumu dәf olundu. 1715 ilin әvvәlindә siqhlәrin qoşunu Qurdaspur yaxınlığında mühasirәyә alındı vә darmadağın edildi. 1715 ilin sonunda siqhlәr qәti mәğlubiyyәtә uğradılar. F. Osmanlı imperiyası ilә münasibәtlәr qurdu. 1717 ildә F. illik 3 min rupi ödәnilmәsi müqabilindә İngiltәrninә Ost-Hind şirkәtinin Benqaliyada ticarәt faktoriyaları yaratmaq vә gömrüksüz ticarәt aparmaq hüququnu tәstiqlәyәn, bununla da Hindistanda İngiltәrәnin nüfuzunun artmasına sәbәb olan fәrman verdi. 1719 il fevralın 28-dә F. Bace Seyyidlәri qardaşları tәrәfindәn devrildi, sonra isә öldürüldü.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN