FƏRRUXZAD II (? – 1282/83) – Kәsranilәr sülalәsindәn şirvanşah [1259/60– 1282/83]. II Axsitanın oğlu. II F.-ın adına epiqrafik abidәlәrdә rast gәlinir. Bibiheybәt mәscidinin divarındakı 13 әsrin ikinci yarısına aid kitabәdә dә mәscidi tәmir etdirmәsi ilә әlaqәdar II F.-ın adı çәkilir. Bu kitabә A.Bakıxanov, İ.N.Berezin, B.Dorn, N.V. Xanıkov, Y.A.Paxomov tәrәfindәn tәdqiq olunmuşdur.
Əd.: Aşurbәyli S. Şirvanşahlar dövlәti. B.,2006, s. 147-148.