FƏRSƏX (әr.فرسخ ; far.فرسنگ f ә r s ә n g, p ә r ә s ә n g sözündәn) – orta әsrlәrdә Yaxın Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da, Orta Asiyada uzunluq ölçü vahidi. 12 min addım (tәqr. 6–8 km) idi. Bәzi yerlәrdә hәr F.-dәn bir daş vә ya ağacdan işarә qoyulduğu üçün d a ş, ağac da deyilirdi. Müxtәlif әrazilәrdә ölçüsü fәrqli olurdu. Bәzi yerlәrdә F. 5–6 km-ә, hәtta 9,5 km-ә bәrabәr idi. Qazan xanın [1295–1304] dövründә hәr 3 fәrsәxdәn bir 15 at;n yerlәşәçәyi dayanacaqların olması (24 saat әrzindә 30–40 F., hәtta sürәtli poçt işçilәrinin 60 F. qәt etmәlәri üçün) nәzәrdә tutulmuşdu. İki malikanәarası vә ya şәhәrlәrarası mәsafә saat vә ya F.-lә ölçülürdü. Dәnizçilikdә 1 F. 3 dәniz mili, yәni 5,570 km qәbul edilmişdir. İspaniya müstәmlәkәçilәrinin Şimali Amerikanın qәrb bölgәlәrindәki topoqrafik işlәrindә isә 1 F. tәqr. 2,63 milә bәrabәr idi.