Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRŞÇİYAN 

    FƏRŞÇİYAN Mahmud (d.24.1.1930, İs­fahan) - İran miniatür rəssamı. İsfahan miniatür məktəbinin görkəmli nümayəndələri Mirzə Ağa İmami və İsa Bahaduridən dərs almışdır. İsfahan Zərif Sənətlər Texnikumunu bitirdikdən (1950) sonra 7 il Avropanın müxtəlif iri şəhərlərində Avropa rəssamlarının əsərlərini tədqiq etmişdir. İrana qayıtdıqdan sonra Tehran Zərif Sənətlər Baş İdarəsində işləmiş, az sonra Milli Sənətlər İdarəsinin direktoru təyin edilmişdir. Tehran Un-tinin Zərif Sənətlər fakültəsinin prof.-u olmuşdur. 2001 ildə Səədabad Mədəni-Tarix Kompleksində (Tehran) F.-nın 70-dən çox əsərinin qorunduğu “Ustad Mahmud Fərşçiyan Muzeyi” açılmışdır. İran, ABŞ və Avropanın (Paris, Vyana, Münix, Roma, Milan və s.) müxtəlif ş.-lərində 50-dən çox fərdi sərgisi təşkil edilmişdir. Bir sıra Beynəlxalq İncəsənət Festivalının qalibi olmuşdur.

    Şərq miniatür rəssamlığı ənənələrini dünya miqyasında dirçəldən F.-ın üslubu klassik mövzuların müasir texnika ilə işlənməsi baxımından özünəməxsusluğu ilə seçilir. Əsərləri Şərq mistik ruhunu əks etdirir və Şərq simvolikası elementləri ilə zəngindir. Dini (“Qədir-Xum”, “Ahu zamini”, “Şəhid”, “Həzrəti-İbrahim”), mistik (“Yaradılışın beşinci günü”, “İşığa doğru”, “Ağ saç”, “Paklanma”, “Cənnət quşları”, “Sevgi nəğməsi”) və klassik poetik (“Şəms və Mövlana”, “Hafiz”, “Simurq”, “Yusif və Züleyxa”, “Şeyx Sənan və məsihi qızı”, “Neyin hekayəti”) motivlər üstünlük təşkil edir. Firdövsinin “Şahnamə”sinə, Hafiz Şirazinin “Divan”ı və Ömər Xəyyamın “Rübailər”inə miniatürlər çəkmişdir. Məşhəd və Kərbəla ziyarətgahlarındakı qəbirüstü konstruksiyaların (zərihlərin) layihəsinin müəllifidir. Bir çox əsəri şəxsi kolleksiyalarda saxlanılır.

    M.Fərşçiyan. “Sevgi nəğməsi”. 2000.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN