FƏRYÁB – Əfqanıstanın şm.-ında әyalәt. Sah. 20,3 min km2. Əh. 948 min (2012). İnz. m. Meymәnә ş.-dir.
Əyalәtin tәsәrrüfatının әsasını k.t. tәşkil edir. Dәnli bitkilәr (buğda, arpa), qovun, qarpız, üzüm, küncüd vә püstә becәrilir. Heyvandarlıq (әsasәn, yunluq vә әtlik) inkişaf etmişdir. Kustar sәnәtkarlıq sahәlәri (xalçaçılıq, şaltoxuma, yunәyirmә, dәri, zәrgәrlik mәmulatı, saxsı qablar) var. Qaragül dәrisi, kәşmir, yun xalça vә s. mәhsullar ölkәnin digәr әyalәtlәrinә, elәcә dә xarici ölkәlәrә ixrac edilir.
Daşduz, mәrmәr hasil olunur.