FƏRZƏLİBƏYOV Mərahim Fərzəli oğlu (d.26.6.1949, Bakı) - Azərb. rejissoru. Azərb. Resp. xalq artisti (2000). Azərb. Resp. əməkdar incəsənət xadimi (1982). Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İn-tunun rejissorluq fakültəsini (1975) bitirmişdir. 1975-77 illərdə M.Y.Lermontov ad. Qroznı Rus Dram Teatrında quruluşçu rej. işləmişdir (“Arzu tramvayı”, T.Uilyams; “Faryatevin fantaziyası”, A.Sokolova; “Yegelyanın səadəti”, Y.Sefip, N.Novitski və s.). 1977-81 illərdə H.Ərəblinski ad. Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rej.-u işləmiş, “Poladəridənlər” (G.Bokarev), “Vəfalı Səriyyə” (C.Cab- barlı), “İlahi komediya” (İ.Ştok), “Maskarad” (M.Lermontov) və s. tamaşalara quruluş vermişdir. 1981-2006 illərdə Azərb. Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rej.-u, 2006-10 illərdə baş rej.-u olmuşdur. Ən yaxşı rej. işləri: “Xurşudbanu Natəvan”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz” (İ.Əfəndiyev), “Atabəylər” (N.Həsənzadə), “Gecə döyülən qapılar”, “Mənsiz dünya”, “Torpağa sancılan qılınc” (N.Xəzri), “Təhminə və Zaur” (Anar), “Medeya” (J.Anuy), “Makbet” (U.Şekspir), “Qadın faciəsi”, “Dişi canavar” (Q.Lorka), “Sokratı anma gecəsi” (Ç.Aytmatov), “Bu dünyanın adamları” (H.Orucov) və s. Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Atabəylər” (1999) və “Pompeyin Qafqaza yürüşü” (2001; hər ikisi N.Həsənzadənindir), Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrında “Məhəbbət, şeytan və lambada” (1991, M.Haqverdiyev) əsərlərini tamaşaya qoymuşdur. F. “Qəm pəncərəsi” (1986 “Azərbaycanfilm”),”O dünyadan salam” (1992) və s. filmlərdə aktyor kimi çəkilmişdir. “Azərtelefilm”in istehsal etdiyi “Mənim ağ şəhərim” (1994), “Qaçaq Süleyman” (1994), “İblis qadın” (1995), həmçinin “Canavar balası” (1997), “Qırmızı qar” (1998), “Doğan günəş” (2002) televiziya filmlərinin quruluşçu rej.-udur.