FƏRZƏLİYEV Mәmmәd Mahmud oğlu (5.9.1907, Şuşa ş. – 27.8.1997, Bakı) – Azәrb. epizootoloqu. Dağ MR-nın әmәkdar e. xad. (1962). Baytarlıq e.d. (1951), prof. (1952). Novoçerkasskda Don Baytarlıq İn-tunu (1931). Azәrb ET baytarlıq İn-tunda baş elmi işçi (1933), infeksion xәstәliklәr şöbәsinin müdiri olmuşdur. (1937–55) SSRİ EA-nın Dağ. filialında laboratoriya müdiri (1956–63), Dağ. ET Kәnd Tәsәrrüfatı İn-tunda şöbә müdiri vә kafedra müdiri işlәmişdir. 1963 ildә yenidәn Azәrb. ETBİ-na qayıtmış, eyni zamanda 1970 ilәdәk pedaqoji fәaliyyәt göstәrmişdir. Qaramal paratuberkulyozunu, qoyunlarda enterotoksemiya, nekrobasilyozu, paratifin, qanqrenaoz vә mastitin epizootologiyasını, quşlarda tuberkulyozu әtraflı öyrәnilmiş, konkret müalicә tәdbirlәri hazırlamışdır. İn-tda elmi işlәr üzrә direktor müavini işlәmişdir.
Böyük Vәtәn müharibәsi illәrindә (1941–45) F. bruselyoz antigeni hazırlamışdır. Azәrb.-da xırdabuynuzlu heyvanlarda aqalaktiya, Abşeron qoyunçuluq tәsәrrüfatında bradzot xәstәliyini ilk dәfә aşkar etmiş vә ona qarşı vaksin hazırlamışdır. SSRİ-dә ilk dәfә infeksion aqalaktiyanin epizootologiyasını öyrәnmişdir. 1933–36 illәrdә heyvanlar arasında bruselyoz, listerioz, yoluxucu sarılıq, camışlarda pasterelyoz xәstәliklәrinin patogenezini öyrәnmiş, ona qarşı yarımmaye formolvaksin hazırlamışdır. Elmi kadr hazırlığında xidmәti var. Bir sıra medallarla tәltif edilmişdir. 110-dan çox elmi әsәrin, o cümlәdәn monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Qoyun vә keçilәrdә infeksion aqalaktiya, B., 1956.