FƏRZƏLİYEV Məşədi Məmməd (1872, Şuşa - 1962, İstanbul) - Azərb. xanəndəsi. Şuşada Xarrat Qulunun məktəbində təhsil almışdır. 1912-15 illərdə F.-in ifasmda 40-a yaxın muğam, təsnif və xalq mahnısı “Sport rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. Geniş konsert fəaliyyəti göstərmiş, Şərq honsertlərində, tamaşalarda çıxış etmişdir. 1923 ildən Gəncə şəhər musiqi məktəbində muğamı tədris etmişdir. 1926 ildən muğam triosunun tərkibində Rusiya, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Rumıniya, Türkiyə və İranda çıxışları olmuş, Azərb. musiqisinin xaricdə geniş tanınması üçün xidmət göstərmişdir. 1929 ildən Türkiyədə yaşamışdır. F. geniş diapazonlu güclü səsi, yüksək ifaçılıq məharəti, zəngulələri ilə fərqlənmişdir. Bayatı-kürd, Rast, Şur, Çahargah, Zabul-segah, Kürd Şahnaz muğamlarını, Heyratı, Mənsuriyyə, Qarabağ şikəstəsi, Simayi-şəms, Arazbarı və s. zərbi muğamları böyük ustalıqla oxumuşdur. Şüştər muğamının mahir ifaçısı kimi şöhrət qazanmışdır.