FƏRZƏLİYEV Mәzahir Hәmzә oğlu (d.11.9.1945, Quba r-nunun Amsar k.) – yüngül sәnayenin texnologiyası vә mexanikası sahәsindә Azәrb. alimi. Texnika e.d. (1990), prof. (1994). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1967), 1969 ildәn hәmin in-tda müxtәlif vәzifәlәrdә çalışmışdir. 1979–90 illәrdә Azәrb. Texnologiya Un-tindә kafedra müdiri, prorektor, 1991–2000 illәrdә Bakı Dövlәt Əmtәәşünaslıq Kommersiya İn-tunda kafedra müdiri olmuşdur. 2000 ildәn ADİU-da kafedra müdiridir. Tәdqiqatları toxuculuq maşınlarının kinematikası vә dinamikasına, o cümlәdәn yeni fasilәsiz (rotor) üsulla parça istehsal edәn çoxәsnәkli toxucu maşınlarının konstruksiyasının yaradılmasına vә tәkmillәşdirilmәsinә aiddir. 150-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.