FƏRZƏLİYEV Şahin Fazil oğlu (d.27.3.1940, Quba ş.) – Azәrb. şәrqşünası, tarix e.d. (1996), prof. (2004). Azәrb Dövlәt Un-tinin (ADU) şәrqşünaslıq fakültәsini bitirmişdir (1964). Əfqanıstanda fars dili mütәrcimi (1963–66; 1968–70; 1978–82; 1985–88), ADU-nun şәrqşünaslıq fakültәsinin dekan müavini (1966–68) olmuşdur. Azәrb. EA. Tarix İn-tunda kiçik elmi işçi (1973–83), böyük elmi işçi (1983–96), aparıcı elmi işçi (1996–2015) vәzifәlәrindә çalışmış, 2016 ildәn Mәnbәşünaslıq vә tarixşünaslıq şöbәsinin müdiridir. İsgәndәr bәy Münşinin “Tarixi-alәmarayi-Abbasi” (“Dünyanı bәzәyәn Abbasın tarixi”), Hәsәn bәy Rumlunun “Əhsәnüt-tәvarix” (“Tarixlәrin әn yaxşısı”) әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir. 300-dәn çox elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Ədәbi fәaliyyәtlә dә mәşğuldur (tәxәllüsü Şahin Fazil).
Əsәrlәr i: Azәrbaycan XV–XVI әsrlәrdә (Hәsәn bәy Rumlunun “Əhsәnüt-tәvarix” әsәri üzrә). B., 1983; Azәrbaycan vә Osmanlı imperiyası (XV–XVI әsrlәr). B., 1999; XV әsr Azәrbaycan dövlәtlәrinin quruluşu. B., 2003; Quba tarixi. B., 2016.