FƏRZƏLİYEV Vaqif Məcid oğlu (d.19. 12.1939, Bakı) - Azərb. kimyaçısı, AMEA-nın akademiki (2007; m. üzv 2001). Azərb. Resp. əməkdar elm xadimi (2009). Azərb. Dövlət Un-tini bitirmişdir (1963). Azərb. SSR EA-nın Aşqarlar Kimyası İn-tunda laboratoriya müdiri (1969-88), direktor müavini (1978-87) vəzifələrində işləmiş, 1988 ildən həmin in-tun direktorudur. AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi (2007-08) və AMEA-nın akademik-katibi (2008-14) olmuşdur. Tədqiqatları, əsasən sürtkü yağları, yanacaqlar, yağlayıcı-soyuducu mayelər üçün yüksək effektli aşqarların sintezinə və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu kom pozisyaların yaradılmasının elmi əsasl arının işlənib hazırlanmasına həsr olunmuşdur. 700-dən çox elmi işin, o cümlədən bir neçə kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. Azərb. Resp.-nın “Şərəf” ordeni ilə təltif edilmişdir.