FƏS MÜQAVİLƏSİ (1912) – Mәrakeş üzәrindә Fransa protektoratının yaradılmasına dair müqavilә. Martın 30-da Fәs ş.-ndә Mәrakeş sultanı Əbdülhafiz vә Fransa hökumәtinin nümayәndәsi Renyo (Fransanın Tanjerdәki diplomatik agenti) arasında bağlanmışdır. Mәrakeş böhranları (1905, 1911) F.m.-nin imzalanması üçün zәmin yaratmışdı. 1912 ilin noyabrında İspaniya da Fransa hökumәtindәn Mәrakeşin şm. hissәsi (Rif vә Cәbalә rayonları) vә ölkәnin ucqar c.-q. hissәsi (İfni anklavı) üzәrindә protektorat hüququ almışdı; Tanjer portu beynәlxalq zona elan olunmuşdu. Müqavilәyә görә, taxt-tac vә hakimiyyәt atributları formal olaraq sultanda saxlanılsa da, fatiki hakimiyyәt Fransa zonasında baş rezidentin, İspaniya zonasında isә ali komissarın әlinә keçdi; bu әrazilәrdә sultanın hakimiyyәtini canişin tәmsil edirdi. Baş rezident Fransanın ali müstәmlәkә mәmurunun vә şәrif hökumәtinin xarici işlәr nazirinin vәzifәlәrini hәyata keçirirdi. O, xarici siyasәt mәsәlәlәrini hәll edir, silahlı qüvvәlәrә komandanlıq edir, Mәrakeşin maliyyә mәsәlәlәrinә nәzarәt edir, inzibati, mәhkәmә, tәhsil, iqtisadi vә hәrbi islahatlar keçirirdi. 1956 ilin martında Mәrakeşin müstәqilliyinә dair Fransa-Mәrakeş bәyannamәsinin qәbulundan sonra F.m. lәğv olunmuşdur.