FƏSİLƏÜSTÜ (superfamilia) – taksonomik kateqoriya; dәstә daxilindә filogenetik cәhәtdәn daha yaxın fәsilәlәri birlәşdirmәk üçün bәzi yaxşı tәdqiq olunmuş heyvan siniflәrindә tәtbiq edilir. F.-nü latınca qeyd etmәk üçün qrupun daha köhnә (“mәrkәzi”) fәsilәsinin adına – oidea sonluğu әlavә olunur, pişiklәr F.-nә (feloidea) viveralar, kaftarlar vә pişikkimilәr fәsilәsi daxildir.