Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏTƏLİ XAN

    FƏTƏLİ XAN, Qubalı Fәtәli xan (1736, Quba – 22.3.1789, Bakı) – Azәrb. dövlәt xadimi, sәrkәrdә, Quba xanı [1758– 89]. Atası Hüseynәli xanın [1722–58] dövründәn dövlәt işlәrindә yaxından iştirak etmişdir. Atasının vәfatından sonra 22 yaşında hakimiyyәtә gәlәn F.x. 18 әsrdә әn qüdrәtli Azәrb. xanlarından idi. Mәrkәzlәşdirilmiş dövlәt siyasәti yürüdәn F.x. 1757 ildә Salyan sultanlığını, 1759 ildә Dәrbәnd xanlığını Quba xanlığına birlәşdirdi. Hәmin ildә Müşkür, Niyazabad, Şabran, Rustov, Beşbarmaq әyalәtlәri dә tabe edildi. Vahid Azәrb. dövlәti yaratmağa çalışan F.x. keçmiş Şirvanşahlar dövlәti әrazisini birlәşdirmәk, sonra isә Cәnubi Azәrb. xanlıqlarını da bu dövlәtә ilhaq etmәyi qarşıya mәqsәd qoymuşdu. “Nikah diplomatiyası”ndan mәharәtlә istifadә edәn F.x. bacısı Xәdicә Bikәni Bakı xanı Mәlik Mәhәmmәd xana әrә verәrәk onu özündәn asılı vәziyyәtә saldı. 1767 ildә Şәki xanı ilә ittifaq bağlayıb Şamaxı xanlığını işğal etdi, 1768 ildә Cavad vә Lәnkәran xanlıqları da asılı vәziyyәtә düşdü. Dәrbәnddәn Gilanadәk zәngin torpaqların birlәşdirilmәsi Quba xanlığının hәrbi, ticari-iqtisadi әhәmiyyәtini artırdı. 1769 ildә F.x. Rusiya ilә ticarәt әlaqәlәrinin genişlәndirilmәsinә çalışırdı. F.x.-ın qüvvәtlәnmәsindәn vә onun yeritdiyi siyasәtdәn narazı olan bәzi Azәrb. xanları (Qarabağ vә Şәki xanları) vә Dağıstan hakimlәri (Qaraqaytaq usmisi Əmir Hәmzәnin başçılığı ilә) ona qarşı ittifaq bağladılar. Xudat yaxınlığında baş vermiş Gavduşan vuruşmasında (1774) mәğlubiyyәtә uğrayan F.x. Salyana çәkildi. Quba vә Şamaxı tutuldu, Dәrbәnd mühasirәyә alındı. Dәrbәndin müdafiәsinә F.x.-ın arvadı, Əmir Hәmzәnin bacısı Tuti Bikә rәhbәrlik edirdi. F.x. Salyandan Dәrbәndә qayıtdı. O, Əmir Hәmzәnin tәkrar hücumunu dәf etsә dә, Əmir Hәmzә yenidәn Dәrbәndi mühasirәyә aldı. F.x. Rusiyadan yardım istәdi. 1775 ilin martında gen. İ.F. de Medemin başçılığı altında Dәrbәndә gәlәn rus qoşununun yardımı ilә F.x. düşmәnlәrini mәğlubiyyәtә uğratdı. Hәmin ilin iyulunda rus qoşunu Dәrbәnddәn çıxarıldı. Bundan sonra da F.x. birlәşdirmә siyasәtini davam etdirdi. 1780–81 illәrdә F.x.-ın Qarabağa yürüşlәri uğursuz oldu. Ağa Mәhәmmәd şah Qacarın tәcavüzündәn ehtiyat edәn bir sıra Azәrb. xanı F.x.-ın himayәsinә keçmәk istәdiyini bildirdi. F.x. 1784 ildә Ərdәbil vә Meşkini tutdu. Lakin bu, Xәzәr dәnizinin q. sahillәrindә möhkәmlәnmәyә çalışan Rusiyanın mәnafeyinә zidd idi. Rusiyanın tәkidi ilә F.x. Cәnubi Azәrb.-dan geri çәkilmәyә mәcbur oldu. 1787 ildә F.x. Rusiyadan onu himayәsinә götürmәsini xahiş etdi. F.x.-ın tәrtib etdiyi layihәdә Azәrb.-ın müstәqilliyi әsas götürülür, Rusiyadan isә yalnız himayәkarlıq vә yardım xahiş olunurdu. Bu, Rusiyanın Cәnubi Qafqazı tutmaq mәqsәdinә uyğun gәlmәdiyi üçün F.x.-ın müraciәti cavabsız qaldı. F.x. 1787 ildә Rusiyanın vasitәçiliyi ilә gürcü çarı II İrakli ilә ittifaq bağladı; Dağıstan hakimlәri ilә münasibәtlәrini yaxşılaşdıraraq onları özündәn asılı vәziyyәtә saldı. 1788 ildә şamaxılı Ağası xan F.x.-a qarşı mübarizәyә qalxdı. Köhnә Şamaxıda baş verәn döyüşdә mәğlub olan Şamaxı xanı Ağası xan vә Şәki xanı Mәhәmmәdhәsәn xan F.x.-dan asılı vәziyyәtә düşdülәr. Hәmin ilin dekabrında F.x. Gәncәni dә özündәn asılı vәziyyәtә saldı.

    F.x. ilә II İrakli arasında Azәrb.-ın cәnub torpaqlarına yürüş haqqında 1788 ildә Şәmkir yaxınlığındakı görüşdә әldә edilәn razılıq F.x.-ın vәfatı ilә әlaqәdar hәyata keçirilmәdi. Belә ki, görüşdәn qayıtdığı zaman F.x. qızdırmaya tutulmuşdu. Gündәn-günә şiddәtlәnәn xәstәlik sәbәbindәn tezliklә Şamaxıya, oradan da Bakıya, bacısının yanına gedәn F.x. burada vәfat etmiş vә Bibiheybәt mәscidinin hәyәtindә dәfn edilmişdir. Sovet hakimiyyәti dövründә Bibiheybәt mәscidi dağıdılarkәn (1936) yerli sakinlәrdәn biri tәrәfindәn F.x.-ın mәzarının gizlәdilmiş başdaşı sonradan Milli Azәrbaycan Tarixi Muzeyinә tәhvil verilmişdir. Haqqında “Fәtәli xan” bәdii filmi (1947) çәkilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN