FƏTƏLİ ŞAH (әsl adı B a b a x a n; 5.9.1766, Astrabad – 24.10.1834, İsfahan) – Qacarlar sülalәsindәn İran şahı [1797– 1834]. Əsl adı Baba xan Hüseynqulu xan oğlu Qovanlı Qacardır. Əmisi Ağa Mәhәmmәd şah Qacar Şuşada öldürüldükdәn sonra taxta çıxmışdır. Onun hakimiyyәti dövründә İran Avropa dövlәtlәrinin vә Rusiyanın ekspansiya obyektinә çevrilmiş, Fransa (1807), İngiltәrә (1801, 1809, 1814) vә Rusiya (1813, 1828) ilә qeyri-bәrabәr müqavilәlәr bağlanmışdı. F.ş.-a saray әyanlarından Hacı İbrahimin (1809 ilәdәk) vә böyük oğlu şahzadә Abbas Mirzәnin böyük tәsiri olmuşdur. “Xaqan” tәxәllüsü ilә şeirlәr yazmışdır. F.ş. İsfahanda vәfat etmiş, Qumda Xanım Mәsumә türbәsindә dәfn edilmişdir.