FƏTƏLİPƏYƏ – Azәrb. Resp. Laçın r-nunda kәnd. Fәtәlipәyә ә.d.-nin (Fәtәlipәyә, Ağanus, Ərәb, Kәravuz, Turşsu, Unannovu kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 4 km c.-da, Hәkәri çayının sol sahilindә, dağ әtәyindәdir. Əh. 124 (2018); işğaldan (1992, may) әvvәl heyvandarlıq vә arıçılıqla mәşğul olmuşdur. İbtidai məktəb var idi.