FƏTƏLİYEV Qara Hüseyn oğlu (d.15.1.1940, Cәbrayıl r-nunun Sarıcalı k.) – Azәrb. parazitoloqu. Biologiya e.d. (2017). 1963 ildә Bakı Kәnd Tәsәrrüfatı texnikumunun aqronomluq şöbәsini, 1971 ildә ADU-nu bitirmişdir. 1969–71 illәrdә AMEA-nin Zoologiya İn-tunda baş laborant, 1972 ildә kiçik elmi işçi, 1983 ildә böyük elmi işçi vәzifәlәrindә çalışmışdır. 2008 ildәn hәmin in-tda parazitologiya laboratoriyasının müdiridir. Tәdqiqatları ölkәdә vә onun hüdudlarından kәnarda әhli vә vәhşi mәmәli heyvanların, sürünәnlәrin helmint faunası, biologiyası vә ekologiyasının öyrәnilmәsi sahәsindәdir; F. 32 növ vәhşi mәmәli heyvan tәdqiq etmiş vә onlardan 74 cinsә daxil olan 144 növ helmint aşkar etmişdir. O, Azәrbaycan Milli Atlasında ilk dәfә çap olunmuş “Xәzdәrili mәmәli heyvanların helmintozlarının tәbii ocaqları“, “Kәnd tәsәrrüfatı heyvanlarının helmintozlarının tәbii ocaqları“, “İnsan vә ev heyvanlarının helmintozlаrının tәbii ocaqları“ mövzusunda olan xәritәlәrin, 85 elmi әsәrin müәllifidir. Kadr hazırlığında xidmәti var.