FƏTƏLİYEV Mәmmәd Böyükxan oğlu (d. 25.8.1938, Yardımlı r-nunun Bәrcan k.) – Azәrb. tarixçisi, tarix e.d. (2006), prof. (2012). Azәrb. Dövlәt Un-tinin tarix fakültәsini (1967) bitirmişdir. 1973 ildәn hәmin un-tdә müәllim, baş müәllim, dosent vәzifәlәrindә çalışmış, 1994–2001 illәrdә tarix fakültәsinin dekan müavini olmuşdur. 2001 ildәn Avropa vә Amerika ölkәlәrinin yeni vә müasir tarixi kafedrasının müdiridir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә kitab vә monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Türkiyә diplomatiyası vә Balkanlar. B., 1995; Türkiyә, Yunanıstan vә böyük dövlәtlәr Birinci dünya müharibәsi әrәfәsindә vә illәrindә. B., 2005.