FƏTHİ XOŞGİNABİ (təxəllüsü; əsl adı və soyadı Həmzə Əli oğlu; 22.3.1922, Təbriz, Xoşginab k. - 1989, Moskva; Bakıda dəfn olunmuşdur) - Azərb. yazıçısı. Cənubi Azərb. nəs rində realizmin tanınmış nümayəndələrindən biri. Moskvada Ali ədəbiyyat kurslarında təhsil almışdır (1956-58). Əsərlərini Azərb., fars və rus dillərində yazmışdır. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941-46) fəal iştirakçısı olmuşdur. 1947 ildən mühacirətdə yaşamışdır. Azərb. Demokrat Firqəsi MK orqanı “Azərbaycan” qəzetinin redaktoru (1945-53, fasilə ilə; 1959-61) olmuşdur. 1967-69 illərdə Tacikistan SSR Maarif Nazirliyində, 196989 illərdə SSRİ EA Şərqşünaslıq İn-tunda (Moskva) işləmişdir. Ədəbi fəaliyyətə gənc yaşlarında farsca yazdığı şeir və hekayələrlə başlamışdır. “Mən kəndliyəm” adlı ilk mətbu şeiri 1943 ildə Tehranda nəşr olunmuşdur. “Suvarılmış poladlar” (1945), “Eşq və müharibə” (1946), “İki qardaş” (1954), “Ata” (1955), “Əfsanə” (1959) roman və povestlərinin, mənzum “Bijən və Mənijə”(Firdövsinin “Şahnamə” əsərinin mot ivləri əsasında, 1967), “Əbədi coşan qan” (1971) pyeslərinin müəllifidir. Siyasi mövzulu felyeton, təmsil, oçerk və məqaləl əri İran ədəbiyyatına dair tədqiqatları var. Əsərəri bir sıra xarici dilə tərcümə edilmişdir. Fars dilinə tərcümələri var.
Ə s ə r l ə r i: Məhəbbət və nifrət. B., 1965; Ata, İki qardaş. B.,1983.
Əd.: XX əsr Azərbaycan yazıçıları. B., 2004; Cənubi Azərbaycan ədəbiyyatı tarixi XX əsr. 2 cilddə, c. 2. B., 2013.