FƏTHULLAH ŞİRVANİ ( ௌ Θϓϲϧϭήθϟ ), Fәthullah ibn Əbu Yәzid ibn Əbdülәziz ibn İbrahim әş-Şәbәrani әş-Şamaxi әş-Şirvani (1417, Şamaxı – 1486, Şamaxı) – Azәrb. ensiklopedik alimi, musiqişünas. Anadoluda astronomiya, riyaziyyat vә coğrafiyanı tәdris edәn iki alimdәn biri olmuşdur. İlk tәhsilini atasından almış, sonralar Şirazda, Tusda vә Sәmәrqәnddә Uluq bәy mәdrәsәsindә (1435–40) tәhsilini davam etdirmişdir. 1440 ildә Şirvana qayıtmış, burada bәzi mәdrәsәlәrdә dәrs demişdir. Bir müddәt sonra müәllimi Qazızadә Ruminin mәslәhәtilә Kastamonuda müәllimlik fәaliyyәtini davam etdirmişdir; burada onun әn mәşhur tәlәbәlәri Mühyiddin Mәhәmmәd ibn İbrahim Niksari vә Kәmalәddin Mәsud ibn Hüseyn Şirvani olmuşlar. Konstantinopolun fәth olunması tәriqilә 1453 ildә Bursaya gedәn F.Ş. “Tәfsir ayәtil-kürsi” (“Ayәtül-kürsinin tәfsiri”) әsәrini Çandarlı Xәlil paşaya, dövrünün musiqi nәzәriyyәsinә dair qiymәtli әsәr sayılan “Mәcәllә fil-musiqa”nı (“Musiqi mәcәllәsi”) isә II Mehmedә tәqdim etmişdir. Mәqam-muğam sәnәti tarixinin öyrәnilmәsindә mühüm әhәmiyyәt kәsb edәn “Musiqi mәcәllәsi”ndә yunan vә Şәrq alimlәrinin musiqiyә dair әsәrlәrinin icmalı verilir, Sәfiәddin Urmәvinin 17-pillәli sәsdüzümü nәzәriyyәsindәn, mәqam, avaz, şöbә vә ritmlәrdәn, mәqam kompozisiyalarının poetik mәtn ilә bağlılığından bәhs olunur. Əsәrin faksimile nәşri 1986 ildә Frankfurtda çıxmışdır. F.Ş. 1467 ildә Hәcc ziyarәtindә olmuş, bir müddәt Mәkkәdә müәllimlik etmişdir. Cәmalәddin Ərdәbilinin (“әl-Ənvar li-әmәlil әbrar”), Sәdәddin Tәftәzaninin (“әt-Tәlvih fi kәşf hәqaiqit-tәnqih”), Şәrif Cürcaninin (“Şәrhül-mәvaqif”), Nәsirәddin Tusinin (“әt-Tәzkirә fil elmül-hәya”) vә b. әsәrlәrini şәrh etmişdir. Ədәbiyyat, dilçilik, astronomiya, şәriәt, optika vә mәntiq sahәsinә dair әsәrlәri dә var.