FƏTİR – Azәrb.-da geniş yayılmış un mәmulatı, yağlı çörәk növü. Yağ, yaxud cızdaq qatılmış undan mayalı vә ya mayasız xәmir yoğurulur (bәzәn әdviyyat da – keşniş toxumu, çörәkotu vә s.-dә әlavә edilir). Xәmir gәldikdәn sonra kündәlәnir, yayılır, üzәrinә naxış vurulur, zәfәranlı yumurta çәkilir vә xaş-xaş sәpilәrәk tәndirdә, sacda, yaxud fırında bişirilir. Azәrb.-ın bәzi bölgәlәrindә toy günü qız evindәn oğlan evinә iri mәcmәyidә üzәri naxışlı, yanına ayrıca qabda bal ilә kәrә yağı qoyulmuş F. göndәrilirdi.