FƏTTAHOVA Mehriban İsa qızı (d. 18.10.1966, Sumqayıt) – informasiya-rabitә texnologiyaları sahәsindә Azәrb. alimi. Texn. e.d. (2014). BDU-nu bitirmişdir (1991). 1994 ildәn ali mәktәblәrdә pedaqoji fәaliyyәt göstәrmişdir. AMEA-da (2002– 09), Milli Aviasiya Akademiyasında (MAA; 2009–10), Azәrb. Dövlәt Dәniz Akademiyasında (2010–11), AMEA-nın İdarәetmә İn-tunda (2011–17) çalışmışdır. Hazırda MAA-da dosentdir. Tәdqiqatları multiservis sistemlәri vә rabitә şәbәkәlәri sahәsindәdir. 70-dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın müәllifidir.