FƏTULLAYEV Nüsrət Möhsün oğlu (29.5.1913, Lənkəran -1.10.1987, Bakı) - Azərb. teatr rəssamı. Azərb. SSR xalq artisti (1949). SSRİ Dövlət mükafatı laureatı. Azərb. SSR Dövlət mükafatı laureatı (1972). Rəs samlar İttifaqı İdarə Heyəlinin sədri olmuşdur (1943-45).Azərb. Dövlət Rəssamlıq Texnikumunda (1930-34) oxumuşdur. Azərb. 1935 ildən Azərb. Dövlət Dram Teatrında (indiki Azərb. Dövlət Akademik Milli Dram Teatrı) fəaliyyət göstərmiş, 193884 illərdə teatrın baş rəssamı işləmiş, “Vaqif”, “Fərhad və Şirin” (S.Vurğun), “Almac”, “Sevil”, “1905-ci ildə” (C.Cabbarlı), “Şeyx Sənan” (H.Cavid), “Həyat” (M.İbrahimov), “Nizami” (M.Hüseyn), “Müfəttiş” (N.V.Qoqol) və s. tamaşalara dekorasiya eskizləri çəkmiş, “Vəfa” (R.Rza), “Qış nağılı”, “Otello” (U.Şekspir), “Şərqin səhəri” (Ə.Məmmədxanlı), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev) və s. səhnə əsərlərinin quruluşçu rəssamı olmuşdur.