FƏTULLAYEV Şamil Seyfulla oğlu (24.12.1928, Bakı - 10.3.2015, Bakı) - Azərb. memarlıq tarixçisi. Memarlıq doktoru (1979), prof. (1990), AMEA-nın акад., Azərb. SSR əməkdar memarı (1979), Azərb. SSR Dövlət mükafatı laureatı (1988). 1953 ildə Azərb. Politexnik İn-tunun memarlıq-inşaat fakültəsini bitirmişdir. Azərb. SSR EA Memarlıq və İncəsənət İn-tunda Memarlıq abidələrinin bərpa problemləri laboratoriyasının (1979-84), Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri (1984-2015) işləmişdir. Əsas tədqiqatları Azərb.-da 19 əsrin sonu - 20 əsrin əvvəllərinə aid şəhərsalma və memarlıq işlərinə həsr olunmuşdur. Azərb. şəhərlərində yaşayış binaları və ictimai tikililərin memarlıq-planlaşdırma məsələləri, əsas memarlıq üslubları, milli memarlıq ənənələri haqqında əsərlərin müəllifidir. Azərb.-ın bir sıra memarlıq abidələrinin və azərb.-lı memarların aşkar edilməsində F.-in xidmətləri böyükdür. 70-dən artıq elmi əsəri rus, polyak, ingilis dillərində çap olunmuşdur. F. Azərb. memarlığının görkəmli nümayəndələri (Qafar İzmaylov, Zivər bəy Əhmədbəyov, N.A. fon der Nonne, İ.V.Qoslavski, İ.K.Ploşko) haqqında məlumat-kataloqlar hazırlamışdır. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti olmuşdur. Azərb. Resp.-nın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Ə s ə r l ə r i: Жилые дома в застройке городов Азербайджана на рубеже XIX-XX вв. Б., 1963; Градостроительство Баку XIX -начала ХХ веков. L., 1978; XIX-XX əsrin əvvəlləri Azərbaycamn şəhərsalma və memarlığı. Б., 1986; Azərbaycan məscidləri. Tehran, 1996, fars dilində; Архитектурная энциклопедия Баку. Баку - Анкара, 1998; Abşeron memarlığı. B., 2003; Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəllində. B., 2013.