FƏTULLAYEVA Laura Faiq qızı (d.16.12.1963, Naxçıvan MR-in Babәk qәs.) – Azәrb. mexaniki, mexanika üzrә e.d. (2017). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1986). 1986–89 illәrdә Naxçıvan MR-dә mәktәb müәllimi, 1989–91 illәrdә Naxçıvan Dövlәt Pedaqoji Un-tindә baş laborant, 1994–2007 illәrdә BDU-nun nәzdindәki Tәtbiqi Riyaziyyat ETİ-dә elmi işçi, 2007–16 illәrdә Azәrb. Müәllimlәr İn-tunda dosent vәzifәsindә çalışmışdır. 2016 ildәn BDU-nun tәtbiqi analizin riyazi üsulları kafedrasının prof.-u, 2018 ildәn müdiridir. Elmi tәdqiqatları deformasiya olunan bәrk cisim mexanikası sahәsindәdir.100-dәn artıq elmi әsәrin müәllifidir.