FƏTULLAYEVA Vəfa Nüsrət qızı (25.8. 1945, Bakı - 21.5.1987, Bakı) - Azərb. aktrisası. Azərb. SSR əməkdar artisti (1982). Azərb. SSR Dövlət mükafatı laureatı (1984). H.Qurbanova və N.Fətullayevin qızıdır. Azərb. Dövlət İncəsənət İn-tunu (1971) bitirmişdir. 1970 ildən Azərb. Dövlət Dram Teatrında işləmişdir. Əsas rolları: Gülgəz (“Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Şirin (“Məhəbbət əfsanəsi”, Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”,N.Hikmət), Tənzilə (“Sən yanmasan”, N.Xəzri), M.F.Axundzadə), Beatriçe (“Heç nədən hay-küy”, U.Şekspir), Bənövşə (“Kəndçi qızı”, M.İbrahimov), Rəna (“İblis”, H.Cavid) və s. F. “Atayevlər ailəsi”, “Alov”, “Göz həkimi” televiziya tamaşalarında çıxış etmişdir.