FƏVVARƏ, f o n t a n – yuxarı fışqıran vә ya aşağı tökülәn su şırnaqları yaratmaq üçün qurğu. İlk vaxtlar, әsasәn, içmәli su mәnbәyi kimi tikilirdi. Dekorativ tәrtibatlı F.-lәr antik dövr, orta әsr Qәrbi Avropa şәhәrlәrindә, Yaxın vә Orta Şәrq ölkәlәrindә, Hindistanda düzәldilmişdir. 16–18 әsrlәrdә F. Avropa şәhәrlәri meydanlarının (mәs., Florensiya vә Romadakı F.-lәr), villa vә saray-park komplekslәrinin (mәs., Versalda) bәzәyi olmuşdur. Dekorativ F. ölçüsü vә yerlәşmәsinә; dekorativ hәllinә; dinamikliyinә görә müxtəlif olur. F. Musiqili F.-lәrdә aparat vә proqram tәminatı vasitәlәri nasos vә işıqlandırma qurğularını sistemә qoşulmuş musiqi taktına uyğun işlәdir.