Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏYYUM

    FƏYYUM, Ə l-F ə y y u m (الفيوم)- Mi- sirdə şəhər. Əl-Fəyyum mühafazasının inz.m. Əh. 350 min (2012). Liviya səhrasının şm.-ş.-ində, eyniadlı vahədədir.

    Əsası təqr. e.ə. 4000 ildə qoyulmuş F. dünyanın ən qədim şəhərlərindən biridir. Qədimdə Aşağı Misirdə nomun inzibati mərkəzi olmuşdur. 12-ci sülalə fironlarının (e.ə. 20-18 əsrlər) paytaxtı F. yaxınlığında yerləşirdi. Ellinizm dövründə Krokodilopolis (“timsah şəhəri”) adı ilə F.-un himayədarı olan timsahbaşlı Sebek tanrısı ilə əlaqədar tanınmışdır. Herodot və Strabon tərəfindən təsvir olunmuş məşhur Labirint burada yerləşirdi. II Ptolemey [e.ə. 285­246] şəhəri arvadının şərəfinə Arsinoya adlandırmışdı. Roma ağalığı dövründə Arkadiya əyalətinin tərkibində idi. Ərəb işğalından sonra burada islam yayılmağa başlamışdı. Abbasilər dövründə bölgənin siyasi həyatında mühüm rol oynamış şəhər Fatimilərin hakimiyyəti zamanı da əhəmiyyətini saxlamışdı. Əyyubilər dövründə burada mədrəsələr açılmışdı. Məmlük sultanları F.-dakı ərəb şeyxləri və əmirləri ilə münasibətlər qurmuşdular. 1517 ildə Misir Osmanlı dövlətinin tərkibinə qatılmışdı. 17-18 əsrlərdə F. üsyançı Urban şeyxlərinin mərkəzi olmuşdur. 1798 ildə Napoleonun Misirə yürüşü zamanı fəyyumlular Murad bəyin başçılığı ilə ona müı qavimət göstərmişdilər. Nil vadisindəki şəhərləri əlaqələndirən d.y. xəttinin çəkilməsi (1874) F.-un iqtisadi inkişafında mühüm rol oynamışdır.

     Fəyyum. Dörd su çarxı.

    F.-da bir neçə böyük bazar, çoxlu ca­me, məscid, mədrəsə və hamam var. Şəhərin içindən keçən Yusif kanalı boyunca yaşayış evləri tikilmişdir. Çay üzərindən iki körpü salınmışdır: üçtağlı körpü əsas küçəni bazarla birləşdirir, o biri ikitağlı körpü və Sultan Qayıtbəy məscidi məmlük hökmdarı Qayıtbəyə arvadı tərəfindən hədiyyə olaraq inşa edilmişdir. Şəhərin mərkəzində kanal üzərində Əl-Fəyyum əyalətinin rəmzinə çevrilmiş dörd su çarxı işləyir. F.-da dini məzmunlu boyakarlıq nümunələri, o cümlədən “Fəyyum portretləri” tapılmışdır.

    Suvarma əkinçiliyi (pambıq bitkisi, çəltik, dənli bitkilər) inkişaf etmişdir. Xurmalıqlar var. Toxuculuq, tütün, yeyinti, dəri sənayesi müəssisələri fəaliyyət göstərir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN