FƏZA (r i y a z i y y a t d a)- məntiqi düşünülən forma; başqa formaların, bu və ya digər konstruksiyaların mümkün olduğu mühit. Məs., elementar həndəsədə müstəvi və ya fəza müxtəlif fiqurların qurulduğu mühitdir. İlk və mühüm riyazi F., real F.-nın təqribi mücərrəd (abstrakt) obrazını təsvir edən 3-ölçülü Evklid fəzası olmuşdur. Riyaziyyatda ümumi “F.” anlayışı, Evklid həndəsəsi anlayışının videodəyişməsi və getdikcə daha geniş ümumiləşməsi nəticəsində formalaşmışdır. 3-ölçülü Evklid fəzasından fərqlənən ilk F. 19 əsrin 1-ci yarısında daxil edilmiş ixtiyari ölçülü Lobaçevski və Evklid fəzaları olmuşdur. Riyazi F. haqqında ümumi anlayışı ilk dəfə 1854 ildə Riman vermişdir. Bu anlayış müxtəlif is tiqamətlərdə ümumiləşdirilmiş, dəqiqləşdirilmiş və konkretləşdirilmişdir: məs., Banax fəzası, vektor fəzası, Hilbert fəzası, Riman fəzası, topoloji fəza. Müasir riyaziyyatda , fəzanın nöqtələri adlanan hər hansı obyektlər çoxluğu kimi təyin olunur; bunlar həndəsi fiqurlar, funksi-alar, fiziki sistemin halı və s. ola bilər. Bunların çoxluğuna F. kimi baxılır, onların hər cür xassələrindən yayınaraq bu çoxluğun yalnız diqqətə çatdırılmış və ya daxil edilmiş (təyinə görə) münasibətlərlə müəyyən olunan xassələrini hesaba alırlar. Bu nöqtələr və ya bu və digər fiqurlar arasındakı münasibətlər, yəni nöqtələr çoxluqları F.-nın “həndəsəsini” təyin edir. Onun aksiomatik qurulması zamanı bu münasibətlərin əsas xassələri uyğun aksiomlarla ifadə olunur.
F.-ya aid misallar: 1) nöqtələri arasında məsafə təyin olunmuş metrik F., burada nöqtələr kimi [а, b] parçasında kəsilməz olan f(x) funksiyaları götürülür, f1(x) və f2(x) arasındakı məsafə isə onların fərqinin modulunun maks.-u kimi təyin olunur. 2) Nisbilik nəzəriyyəsinin həndəsi interpretasiyasmda mühüm rol оуnауаn “hadisələr F.-sı”. Hər bir hadisə x,у,z koordinatlarının vəziyyəti və t zamanı ilə təyin olunur, ona görə bütün mümkün olan hadisələr çoxluğu 4-ölçülü F. olur, burada “nöqtə” - hadisə 4 koordinatla (х,у,z,t) müəyyənedilir. 3)Nəzəri fizika və mexanikada baxılan fazalar F.-sı. Fiziki sistemin fazalar F.-sı bu fəzanın nöqtələri kimi baxılan bütün mümkün hallar çoxluğudur. Göstərilən F.-lar haqqında anlayış tamamilə real məna kəsb edir, çünki fiziki sistemin bütün mümkün halları çoxluğu, yaxud F.-da koordinatları və zaman ilə verilən hadisələr çoxluğu tamamilə realdır. Söhbət həqiqətin sanki adi mənada F. olmayan, quruluşuna görə fəzaya oxşar real formalarından gedir. Riyazi F.-nın real F.-nın xassələrini nə dərəcədə real əks etdirməsi məsələsi təcrübə vasitəsilə müəyyən olunur. Müəyyən edilmişdir ki, real F.-nı təsvir edərkən Evklid F.-sı heç də həmişə kifayət qədər dəqiq deyil və real F.-nın müasir nəzəriyyəsində Riman həndəsəsi tətbiq edilir. Riyaziyyatda F. anlayışı ilə əlaqədar Həndəsə, Çoxölçülü həndəsə məqalələrinə bax.