FƏZA İNVERSİYASI (F) - zərrəciklərin fəza koordinatlarının işarələrinin əksinə dəyişməsi: х→ -х, y→ -у, z→ -z; koordinat başlanğıcından keçən qarşılıqlı perpendikulyar üç müstəviyə nəzərən zərrəciklərin koordinatlarının güzgü əksetməsi zamanı alınır (adətən, fizikada bu əməliyyatı sadəcə olaraq güzgü əksetməsi adlandırırlar). F.i. zamanı güclü elektromaqnit qarşılıqlı təsirlərlə şərtl ənən fiziki proseslər dəyişmir (F.i.-na görə simmetrikdir). F.i. zamanı zəif qarşılıqlı tə sir dəyişir.