FƏZA SİMMETRİYA QRUPU - kristal qəfəsə məxsus simmetriya çevrilmələrindən alınan qrup. Bütün 230 F.s.q.-nun çıxarılışı 1890-91 illərdə Y.S.Fyodorov və ondan asılı olmayaraq alman riyaziyyatçısı A.Şyonflis tərəfindən həyata keçirilmişdir.
F.s. q. kristal qəfəsdə konkret olaraq atomların yerləşməsini təyin etməsə də, simmetriya qanunlarından birinə əsasən onların qarşılıqlı düzülüşünü verir. F.s.q.-nun təyini rentgenoqrafik üsulla həyata keçirilir (bax Rentgen-quruluş analizi). Bütün 230 F.s.q. xüsusi məlumat ki tabçalarında cədvəlləşdirilmişdir.