FƏZLUN (? – 1091, Bağdad) – Şәddadilәrin sonuncu hökmdarı [1073–75]. Atası II Fәzli taxtdan devirәrәk hakimiyyәtә keçmişdi. Sәlcuqilәrin vassallı olsa da, hәr vasitә ilә müstәqilliyini saxlamağa vә әrazisini genişlәndirmәyә çalışırdı. Şәddadilәrin güclәnmәsini istәmәyәn Sәlcuqilәr 1075 ildә Savtәkinin başçılığı ilә Gәncәyә hücum etdilәr. F. bir müddәt müqavimәt göstәrdikdәn sonra tәslim oldu. Sәlcuqilәr tәrәfindәn bağışlanılan F. Astrabada hakim tәyin edildi. Lakin әlverişli şәrait yaranan kimi Gәncәyә qayıtdı vә 1088 ilәdәk hakimiyyәt uğrunda mübarizә apardı. Sәlcuq әmiri Buğa tәrәfindәn әsir alınan F. daimi yaşamaq üçün Bağdada göndәrildi.