Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FINDIQ 

    FINDIQ (Corylus) – tozağacıkimilәr fәsilәsindәn bitki cinsi (çox vaxt müstәqil fәsilә kimi ayrılır). Qәdim qozmeyvәli bitkidir. 20-yә yaxın növü Avropa, Asiya, Şimali Amerika meşәlәrindә bitir. Çoxgöv- dәli, yarpağınıtökәn kollardır (hünd. 4–6 m, bәzәn 10 m-әdәk): adi F., yaxud meşә F.-ı (C.avellana); iri F., yaxud Lombardiya F.-ı (C. maxima); Pont F.-ı (C. ponica); müxtәlifyarpaq F. (C. heterophylla) vә b.; bәzәn hünd. 25 m-ә qәdәr vә daha çox olan ağaclardır: mәs. ağacvarı F. (C. colurna). Yarpaqları girdә, yaxud enli yumurtavarıdır. F. birevli bitkidir, ona dixotomiya xasdır, yarpaqlamadan әvvәl çiçәklәyir, erkәkcik çiçәklәri sırğalarda, dişicik çiçәklәri ikiçiçәkli çiçәk qrupunda toplanmışdır. Meyvәsi, әsasәn, boruvarı, yaxud yarılmış yarpaq örtüklü, dәyirmi formalı biryuvalı birtoxumlu fındıqcadır; F.-lar sıx-sıx hamaşmeyvәdә (2–3 әdәd, bәzәn 8-әdәk) toplanışdır. Fındıqca quru odunlaşmış qabıqla örtülmüşdür; içәrisindә tәrkibi yağ (60– 70%), zülallar (16–20%), karbohidratlar (10–16%), mikroelementlәr (Ca, Fe vә s.), vitaminlәr vә s. olan yeyilәn lәpә (ümumi çәkisinin 25–63%-i) var. Yetişmiş lәpә vә yağı çiy halda yeyilir. Likör vә qәnnadı sәnayesindә, kulinariyada istifadә olunur; yarpaqları, kökü vә meyvәlәri tibdә tәtbiq edilir; oduncağı müxtәlif kiçik әşyaların hazırlanmasında istifadә edilir. F. işıqsevәn, lakin kölgәyәdavamlı bitkidir, şaxtayadavamlılığı növündәn asılıdır. Humusla zәngin neytral vә zәif qәlәvi reaksiyalı torpaqlarda yaxşı bitir, şoranlaşmış vә bataqlıqlaşmış torpaqlara tab gәtirmir. Sәnaye mәqsәdlәri üçün F.-ın irimeyvәli formaları – әsasәn, adi F., iri F. vә Pont F. (bu bitkilәrin meyvәlәri dә fındıq adlanır) becәrilir. Onları Asiya (mәs., Türkiyә), Avropanın (İspaniya, İtaliya vә s.) bir sıra ölkәlәrindә vә ABŞ-da yetişdirirlәr.

     Adi fındıq (Corylus avellana), çiçәyi vә meyvәsi.

    Azәrb.-da 5 növü (adi F., ayıfındığı, maral F.-ı, müxtәlifyarpaq F., irimeyvәli F.) mәlumdur. Yetişdirilәn sortları bunlardır: Ata-baba, Yağlı F., Gәncә F.-ı, Əşrәfi vә s. Becәrilәn F.-ın hünd. 12 m-ә çatır, 8–12 әsas zoğlar saxlanılmaqla bitki mütәmadi formalaşdırılır. 4–5-ci ilindә F. meyvә vermәyә başlayır, 100 ilәdәk meyvә verir. Mәhsuldarlığı 6–12 (bәzәn 20-yәdәk) s/h-dır. BMT-nin Sәnaye vә Kәnd tәsәrrüfatı tәşkilatının mәlumatına görә 2016 ildә dünyada F. istehsalı 964 min. t. tәşkil etmişdir. Əsas istehsalçı Türkiyәdir (640 min t). F.-dan hәmçinin qoruyucu meşә zolaqlarının salınmasında, yamacların möhkәmlәnmәsindә, yaşıllaşdırmada (o cümlәdәn dekorativ formalı tünd qırmızı yarpaqlı F., sallaq budaqlı F. vә b.) istifadә edilir. F. kollarının bölünmәsi ilә, pöhrәlәrlә, firqәndәlәrlә, nadir hallarda toxumlarla çoxaldılır. Əsas zәrәrvericilәri: fındıq uzunburunu, tumurcuq gәnәsi, fındıq uzunbığı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN