FINDIQYIĞAN MAŞIN – fındıq yığmaq üçün k.t. maşını. F.m. çәrçivә, yan qollar, budaqtutucular, sәrәn-yığan transportyorlu baraban, bunker, vibrator, hidrosistem vә s.-dәn ibarәtdir. Maşın iki yan qolu ilә fındıq kolunu tutub 3–5 san silkәlәyir. Tökülәn fındıqlar bunkerә yığılır. Maşınla saatda 40 kolun fındığını yığmaq olur.