Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FIR GƏNƏLƏRİ

    FIR GƏNƏLƏRİ, d ö r d a y a q l ı  g ә n ә l ә r (Eriophyoidea) – akariform gәnәlәr dәstәsinin fәsilәüstü. Bәdәni (uz. 80–600 mkmqurdabәnzәr, yumşaq örtüklü; әtrafları daşıyan qabaq hissәsi üstdәn qalxancıqla örtülüdür; arxa tәrәfi yumşaq nazik hәlqәvarı qabıqlıdır. Yalnız iki cüt ön ayaqları var. Tәnәffüs dәri vasitәsilәdir. Ağız aparatı sancan-sorucudur. Dünyada 3000-ә qәdәr, Azәrb.-da 20 növü var. Yüksәkixtisaslaşmış bitki parazitlәridir; epidermis hüceyrәlәrinin möhtәviyyatı ilә qidalanır. Fırların, “kartof süpürgәlәrinin” yaranmasına, yarpaqların, gövdәnin, tumurcuqların, çiçәk vә meyvәlәrin deformasiyasına, hәmçinin yarpaq vә meyvәlәrin tökülmәsinә sәbәb olur. F.g. bitkinin fırlarında, yarpaq vә ya tumurcuqlarında olur. Bәzi növlәri hörümçәk toru ifraz edir. Cinsi yolla (spermatoforların kömәyilә) vә partenogenez yolu ilә çoxalır. İnkişaf tsiklinә yumurta, sürfә, nimfa vә yetkin fәrd mәrhәlәlәri daxildir. Hava axını vә yaxud cücülәr vasitәsilә yayılır. F.g.-nin bir çox növünün 2 tip dişisi var; fırlarda yaşayan vә çoxalan yay dişilәri vә tumurcuqlarda, ağac qabıqlarının çatlarında vә digәr sığınacaqlarda qışlayanlar. F.g.-nin çoxu k.t., dekorativ vә meşә bitkilәrinin zәrәrvericilәri, virus vә digәr bitki xәstәliklәrinin (taxılın zolaqlı vә lәkәli mozaikaları, soğan vә sarımsağın mozaikası, qara qarağatın çoxlәçәkliliyi) törәdicilәridir.

    Əd.: С и л ь в е р е  А.-П.А., Ш т е й н-М а р г о и н а  В.А. Tetrarodili – четырехногие клещи. Тас.,1976.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN