Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FIR MİLÇƏKLƏRİ 

    FIR MİLÇƏKLƏRİ (Cecidomyiidae) – uzunbığcıqlılar yarımdәstәsindәn ikiqanadlı cücülәr fәsilәsi. Uzunbığcıqlı vә qanadlı (damarlanma reduksiyaya çox uğramışdır) ağcaqanadlardır (0,5 mm, bәzәn 8 mm-әdәk), qanadsız formaları da var. Hәr yerdә yayılmışdır. 5300-ә yaxın növü var; Azәrb.-da 50 növü yaşayır. Yetkin F.m. qidalanmır vә ya bitkilәrin şirin ifrazatı ilә qidalanır. Bir neçә saatdan 2–3 günә qәdәr yaşayır. Hava axını ilә passiv yayılır. Bir çox bitkiyeyәn F.m.-nin sürfәlәri fırlar әmәlә gәtirir (adı da buradandır) vә içәrisindә yaşayıb qidalanırlar. Digәrlәri çiçәklәrdә, gövdә vә yarpaq qoltuqlarında sәr- bәst qalır. Torpaqda, meşә altlığında, çürüyәn oduncaqda, quruyan bitkilәrdә yaşayan F.m.-nin sürfәlәri göbәlәk mitselisi vә ya çürüyәn bitki qalıqları ilә qidalanır. Sürfәlәri arasında mәnәnәlәrә, yastıcalara, bit- kiyeyәn gәnәlәrә vә b. F.m.-nin sürfәlәrinә hücum edәn yırtıcıları, hәmçinin mәnәnә vә yarpaqbirәsinin endoparazitlәri var. Bir sıra növlәri sürfә mәrhәlәsindә çoxalır (pedogenez). F.m. arasında bitki zәrәrvericilәri dә çoxdur. Taxıl bitkilәrinә zәrәri, әsasәn, Hessen milçәyi vә darı ağcaqanadı verir. F.m.-nin müxtәlif növlәri meyvә ağaclarına, gilәmeyvә kollarına әhәmiyyәtli ziyan vurur: mәs., tozağacı damarlı F.m. (Massalongia rubra), toxumyeyәn F.m. (Plemeliella abientina) vә b. Yırtıcı F.m.-ndәn (Aphidoletes aphidimyza) örtülü torpaqda bitki zәrәrvericilәrinә qarşı bioloji mübarizә vasitәsi kimi istifadә edilir.

    Əd.: М а м а е в Б.М. Галлицы, их биология и хозяйственное значение. M., 1962.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN