FIR NEMATODLARI (Meloidogyne) – nematodlar sinfindәn fitoparazit qurd cinsi. 80-ә yaxın növü var. Tәbii şәraitdә, әsasәn, tropik vә subtropik iqlimi olan ölkәlәrdә, hәr bir istixana vә oranjereyalarda isә dünyanın hәr yerindә yayılmışdır. Erkәk fәrdlәri qurdabәnzәr, dişilәri 0,2–1,0 mm uz.-da, dәyirmidir. Köklәrdә fırlar әmәlә gәtirmәklә, 2000-dәn çox bitki növünü zәdәlәyir. Əsasәn, partenogenez yolu ilә çoxalır. Fırda yaşayan dişi 1000-ә qәdәr yumurta qoyur. Yumurtalardan qonşu bitkilәrin köklәrini yoluxduran vә ya ana fırın yanında öz fırını әmәlә gәtirәn sürfәlәr çıxır. Bir nәsil 27–35 günә inkişaf edir, il әrzindә 7–8 nәsil verir. F.n. bitkilәrin fizioloji proseslәrini pozur, güclü yoluxmada isә bitkini mәhv edir. Mübarizә tәdbirlәri: yoluxmamış әkin materialının istifadәsi, torpağın isti buxarla işlәnmәsi, davamlı sort vә hibridlәrin seçilmәsi, nematosidlәrin vә bitkilәrin mikrobioloji müdafiә vasitәlәrinin tәtbiqi.