FIRÇAOTU, ç o b a n d a r a ğ ı (Dipsacus) – fırçaotu fәsilәsindәn bitki cinsi. Hündür, tikanlı, әsasәn çoxillik otlardır. Yarpaqları uzunsov-yumurtavarı vә ya lansetvarı, kәnarları mişarvarı vә ya çәpәrvarıdır; bәzilәrinin (mәs., meşә F. (D. fullonum) yarpaqları oturacaqdan cüt-cüt bitişik olur. Çiçәk qrupu ellipsvarıdır. Avropada 15-16, Azәrbaycanda 3 növü bitir. 20 әsrin ortalarına qәdәr toxuculuq sәnayesinin ehtiyaclarını ödәmәk üçün әkin F., yaxud mahudbasan F. (D. sativus) becәrilirdi. Onun hamaşmeyvәlәri parçalarda xovun daranması üçün tәtbiq edilirdi (iynәyarpaqlıların qozasına bәnzәdiyinә görә xov qozası adlandırılır). 1 ha-dan 6–7 s hamaşmeyvә yığılır. Darama maşınlarının tәkmillәşdirilmәsi ilә F.-nun becәrilmәsinә tәlәbat xeyli aşağı düşdü. Quruçiçәk kompozisiyalarının düzәldilmәsindә dә F. istifadә olunur. Bir sıra ölkәlәrdә alaq bitkisi kimi yayılmışdır.
Meşә fırçaotu (Dipsacus fullonum).