FIRLANAN MAQNİT SAHƏSİ – eyni tezlikdә olan, lakin fәzada bir-birinә nәzәrәn fazaca sürüşmüş iki vә daha çox dәyişәn maqnit sahәsinin birlikdә yaratdığı yekun sahә. Praktiki olaraq eyni zamanda vә bir-birindәn asılı olmadan italyan fiziki Q.Ferraris vә Serbiya mühәndisi H.Tesla tәrәfindәn ilk dәfә ciddi olaraq elmi şәkildә tәsvir edilәn F.m.s. elektrik mühәrriklәrindә, ölçü cihazlarında, dәyişәn cәrәyanla idarә olunan vә tәnzimlәnәn müxtәlif aparaturalarda tәtbiq edilir.