FIRLANAN SOBA, b o r u l u s o b a , b a r a b a n l ı s o b a – uzununa oxu әtrafında fırlanan silindr formalı sәnaye sobası; dәnәvәr materialların termiki vә termokimyәvi emalı üçündür. İstilik mübadilәsi prinsipinә görә әks vә paralel axınlı; enerji ötürmәsi üsuluna görә materiallı birbaşa, dolayı (sobanın divarı vasitәsilә) vә kombinәli şәkildә qızdıran F.s.-lar vardır. İçәri tәrәfi odadavamlı kәrpic hörgüsü ilә örtülmüş polad silindrik gövdә üfüqә nәzәrәn müәyyәn bucaq altında quraşdırılır; aşağı hissәdә qızdıran qurğular, yuxarıda isә yüklәmә qurğuları yerlәşdirilir (әks axın prinsipi ilә işlәyәn F.s.-da).
Qara vә әlvan metallar, odadavamlı materiallar vә inşaat materialları istehsalında tәtbiq edilir; daha iri F.s.-lar sementin alınmasında istifadә olunur. F.s-lar müxtәlif istilik mübadilәli avadanlıqlarla vә güclü tozyığan sistemlәrlә tәchiz edilir.