FIRLI DONUZ (Phacochoerus aethiopicus) – donuzlar fәsilәsindәn cütdırnaqlı mәmәli heyvan. Eyniadlı cinsin yeganә növüdür. Bәdәninin uz. 150 sm, cidov hünd. 85 sm, kütlәsi 150 kq-adәkdir. Erkәklәri dişilәrindәn iridir. Bәdәni çәllәkşәkilli, başı böyük vә ön hissәdәn xeyli enlidir. Erkәklәrib başlarının yanlarında, gözü ilә ağzının küncü arasında ziyilәbәnzәr dәri fırlаrı var (adı da buradandır). Üst çәnәsinin köpәk dişlәri iri (60 sm), yuxarıya doğru әyilmiş formadadır. Bәdәninin vә quyruğunun çox hissәsindә qılları birrәngli, boz, seyrәkdir; boynu vә belindә yalı, quyruğunda fırçası var. F.d. Afrikada, Böyük Sәhradan cәnuba doğru yayılmışdır. Adәtәn, Savannalarda, isıqlı meşәlәrdә, düzәnlik vә dağlarda kiçik qruplarla (1–3 dişi fәrd çoşqaları ilә birgә) vә ya sürülәrlә (17–18 fәrd) yaşayır; yaşlı erkәklәr tәk qalır. Gündüzlәr aktivdir. Sığınacaq üçün çox vaxt borudişlilәrin yuvalarından istifadә edir, bәzәn özü yuva qazır. 47 km/s-adәk sürәtlә qaça bilir. Əsasәn, otla qidalanır; otlayan zaman dizlәri üstә hәrәkәt edәrkәn qalın döyәnәklәr әmәlә gәlmiş bilәklәrindәn dayaq kimi istifadә edir. Quraqlıq zamanı yeraltı zoğlar, kökümsovlar, soğanaqlarla qidalanır. İldә 2 dәfә (hәr dәfә 2–4, bәzәn 7-yәdәk) bala verir. F.d. milli parklar faunasının mühüm komponentidir; ov obyektidir.
Fırlı donuz (Phacochoerus aethiopicus).