FISTIQKİMİLƏR (Fahaceae) – ikilәpәli çiçәkli bitki fәsilәsi. Yarpağıtökülәn vә ya hәmişәyaşıl, әsasәn birevli, külәklә tozlanan ağac, kol vә kolcuqlardır. Növbәli (bәzәn topaşәkilli), sadә vә ya lәlәkşәkilli-dilimli yarpaqları yarpaqaltlıqlıdır. Çiçәklәri lәçәksiz, çox vaxt sırğaşәkilli, xırda başcıqvarı, salxımvarı, sünbülvarı çiçәk qrupunda, bәzәn dә tәk-tәk yerlәşir, ayrı-cinsiyyәtlidir. Meyvәsi quru birtoxumlu meyvәyanlıqlı fındıqcadır. Hәr iki yarımkürәnin mülayim, subtropik, tropik әrazilәrindә (Tropik vә Cәnubi Afrika, Şimali Amerika vә Cәnubi Amerikanın çox hissәsi istisna olunmaqla) 8 cinsә aid 1100 növü yayılmışdır. Azәrbaycanda 3 cinsi (palıd – Queras, şabalıd – Castanea, fıstıq – Fagus) bitir. Çoxu meşәәmәlәgәtirәn enliyarpaqlı bitkidir. F.-in bir çox növünün qiymәtli oduncağı var.