Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FİÁT 

    FİÁT (ital. Fabbrica Italiana Automobili Torino) – İtaliya konserni, dünya avtomobil sәnayesi liderlәrindәn biri. Mәnzil-qәrargahı Turin ş.-ndәdir (Pyemont vil.).

    1899 ildә Covanni Anyellinin dә daxil olduğu bir qrup investor tәrәfindәn tәsis olunmuşdur. Birinci dünya müharibәsi vә müharibәdәnsonrakı illәrdә konsern artıq çoxçeşidli mәhsul (traktor, avtomobil, zirehli avtomobil, tank, avtomobil vә aviasiya mühәrriklәri, o cümlәdәn hәrbi aviasiya üçün qırıcı, bombardmançı, nәql. helikopterlәri) istehsal edirdi. Avtomobil z-dlarının çoxu İtaliyanın şm.-nda Turin ş.-ndә vә onun әtrafı Linqottoda, “Fiat Aviazone” aviasiya bölmәsi Kolleferroda, “Fiat Ferriovaria” d.y. texnikasının istehsalı Turindә yerlәşirdi.

    Uzun müddәt italyan avtomobil bazarının faktiki inhisarçısı olmuş F.-ın 1980-ci illәrdә etibarlılıq nüfuzu xeyli azalmış vә o, ABŞ (1984), Avstraliya (1989) bazarlarından sıxışdırılmışdı. 1990–2004 illәrdә böhran yaşamış konsern 2005 ildә ilk dәfә ili mәnfәәtlә başa vurdu, Avropa bazarlarında onun payı 7,6%-ә qәdәr artdı (2006). Ümumdünya iqtisadi böhranı ilә әlaqәdar konsernin gәliri azalsa da, Avropa bazarlarındakı payı 8,3%-ә çatmışdır (2008). 2011 ildә onun iki sektor üzrә “FIAT SPA” (minik nәql.) vә “FIAT Industrial” (sәnaye vә k.t. nәql.) törәmә şirkәtlәri yaradılmışdır.

    “Chrysler” konserni müflislәşdikdәn (2009) sonra onun sәhmlәrinin müәyyәn hissәsi vә idarәçiliyi, 2014 ildә “isә tam nәzarәti F.-a keçdi; konsernin adı “FIAT Chrysler Automobiles” oldu. Yeni birlәşmiş holdinqin mәnzil-qәrargahı Amsterdam ş.-ndә, maliyyә mәnzil-qәrargahı isә Londonda yerlәşir. Dünyanın bir çox ölkәsindә (ABŞ, Kanada, Hindistan, Braziliya, Meksika, Çin vә s.) F.-ın istehsal, layihә vә mühәndislik müәssisәlәri var.

    Konserndә çalışanların ümumi sayı tәqr. 236 min nәfәrdir; dövriyyә vәsaiti 25 mlrd. dollar, sәhmlәrinin ümumi dәyәri tәqr. 115,64 mlrd. dollar tәşkil edir (2017). Minik avtomobili istehsalı üzrә F. Aİ ba- zarlarının 7%-ini tutur. Sәhmlәri Borsa Italia (Milan), Nyu-York, London fond birjalarında qiymәtlәndirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN