“FİAT” [ital. F(abrica) İ(taliana) A(utomobili) T(orino) – Turin italyan avtomobil fabriki] – İtaliyada buraxılan avtomobillәrin markası. “F.” minik avtomobillәrinin buraxılışına 1899 ildәn, yük avtomobillәrinin istehsalına isә 1902 ildәn başlanmışdır. Minik avtomobillәri çox kiçik vә orta sinifli (mühәrrikin işlәk hәcmi 0,5–2,5 l, gücü 18– 114 kVt, maks. sürәti 105–210 km/saat), yük avtomobillәri kiçik vә orta sinifli (tam kütlәsi 1,3–3,5 t, yükqaldırma qabiliyyәti 0,5–1,8 t, mühәrrikin gücü 37–58 kVt, maks. sürәti 105–210 km/saat) buraxılır. “F.” avtomobillәrinin әsas xüsusiyyәti qabaq tәkәrlәrin aparan olmasıdır. 1967 ildәn “F.” avtomobillәri 12 dәfә ilin Avropa avtomobili beynәlxalq mükafatına layiq görülmüşdür. “F.” konserni (2015 ildәn “Fiat Chrysler” korporasiyası) mühәrriklәr, traktor, d.y. hәrәkәt vasitәlәri vә aviasiya texnikası da istehsal edir.
FIAT 500X LOUNGE avtomobili. 2018.