FİBİGER Yohannes Andreas Qrib (23.4.1867, Sekeborq – 30.1.1928, Kopenhagen) – Danimarka mikrobioloqu vә patoloqoanatomu. Nobel mükafatı laureatı (1926). R.Kox vә E. fon Berinqin tәlәbәsi. 1900–05 illәrdә Kliniki Bakteriologiya İn-tunun direktoru, eyni zamanda 1900 ildәn Kopenhagen Un-tinin patologiya prof.-u olmuşdur. 1912 ildә tәcrübә siçanlarının spiroptera parazit qurdunun sürfәlәri ilә yoluxmuş yüyürüklәrlә (tarakanlarla) yemlәndirilmәsi zamanı onlarda mәdә şişi aşkar etmişdir. Sonralar spiropteranın spesifik kanserogen tәsiri tәsdiq olunmamışdır. F.-in tәdqiqatları eksperimental onkologiyanın, xüsusilә kanserogen maddәlәrin rolunun tәdqiq edilmәsinin inkişafına sәbәb oldu.
Ə s ә r i: Untersushungen uber eine Nematode...,Zeitschrift für Krebsforschung, 1913, Bd 13.