FİBRİLLƏR – hüceyrә sitoplazmasının hәrәkәt vә skelet funksiyası daşıyan sapşәkilli strukturları. Protofibrillәrdәn ibarәtdir. Yığılan F.-in tәrkibinә aktin zülalı, әzәlә liflәrinin xüsusi F.-inin (miofibrillәr) tәrkibinә hәmçinin miozin daxildir. Miofibrillәr yığılma vә boşalma prosesindә öz strukturlarını dәyişir. Tonofibrillәr (bәzilәrinin tәrkibindә keratin var) hüceyrәlәrә elastiklik vә sәrtlik verir.