FİBRİNOGÉN – qan plazması qlikoproteini; qanın laxtalanması sisteminin çox mühüm komponentidir (bax Hemostaz sistemi). Molekul kütlәsi tәqr. 340000-dir. Disulfid rabitәlәri ilә birlәşmiş iki eyni subvahiddәn ibarәtdir ki, onların da hәr biri öz aralarında disulfid әlaqәlәri ilә birlәşmiş üç polipeptid zәncirlә (α, β, γ) tәmsil olunmuşdur. F.-in biosintezi başlıca olaraq qara ciyәr hüceyrәlәrindә gedir. Trombinin tәsiri ilә F. f i b r i n ә – qanın laxtalanması sisteminin son mәhsuluna çevrilir. Onun әmәlәgәlmәsi bir neçә mәrhәlәdә baş verir vә qanaxmanın dayandırılması funksiyasını yerinә yetirmә qabiliyyәtinә malik olan laxtanın (trombun) formalaşmasına sәbәb olur. F.-in strukturundakı dәyişikliklәr (çox vaxt anadangәlmә) qanın laxtalanmasının pozulması ilә vә qanaxma ilә özünü biruzә verә bilәr.